…yolunda saç ağartmaq

someone knows all there is to know about that / someone knows the subject inside out / someone has no match in smth. / someone is a past master at smth. / one cut his teeth (eyeteeth) on smth. / one is old dog at smth. / one is dead nuts on smth. / one is mustard at smth. / Cf. someone has it at his finger-ends (finger-tips) / someone knows his onions / someone is master at smth. собаку съел / зубы съел (о приобретении большого опыта)
…yolunda canını çürütmək
yolundan çıxarmaq
OBASTAN VİKİ
Saç kökləri
Tük kökləri — Saç folekulu bir məməli dəri orqanıdır. Dərinin dermal qatında yerləşir və hər biri fərqli bir funksiyaya malik olan 20 fərqli hüceyrədən ibarətdir. Saç folekulu hormonlar, immun hüceyrələr arasında kompleks qarşılıqlı təsir nəticəsində saç böyüməsini tənzimləyir. Bu mürəkkəb qarşılıqlı təsir saç kökünü bədənin müxtəlif yerlərində fərqli tük növləri əmələ gətirir. Məsələn, terminal saçlar baş dərisində uzanır, lanugo tükləri uşaqlıqdakı və bəzi yeni doğulmuş uşaqların döllərinin bədənini örtür. Tüklərin böyüməsi ayrı -ayrı mərhələlərdə baş verir. Birinci mərhələ anagen adlanır və aktiv böyümə mərhələsidir, telogen istirahət mərhələsidir, katagen saç folekul fazasının geriləməsidir, ekzogen aktiv saç tökülmə mərhələsidir və nəhayət kenogen boş saçlar arasındakı fazadır. İnsan saç funksiyası uzun müddətdir ki, maraq mövzusudur və cəmiyyətdə, inkişaf biologiyasında və tibbdə vacib bir mövzu olmağa davam edir. Bütün məməlilər içərisində insanlar, bədənin digər hissələrində saç böyüməsi ilə müqayisədə baş dərisində ən uzun saç böyüməsi mərhələsinə sahibdirlər. Əsrlər boyu insanlar estetikanı saç dərisinin saç düzümü və üslubu ilə əlaqələndiriblər və bu, tez -tez cəmiyyətdəki sosial və ya mədəni normaları çatdırmaq üçün istifadə olunur.
Saç köpüyü
Saç köpüyü və ya saç musu (ing. Hair mousse) — bir saç forma vermə məhsuludur ki əlavə həcm və parlaq üçün saça əlavə edilir. Molazadə, Minu." Venus makiyaj və bəzəmə təlimi".
Saç əkimi
Saç əkimi vəya Saç transplantasiyası saçlara edilən bir estetik cərrahiyə növüdür. Saç əkimi tökülmüş saç nahiyəsinə donor bölgə olan arxa bölgədən tüklərin alınıb, kanal açıldıqdan sonra yerləşdirmə prosedurudur. Saç transplantasiyası daha çox başa tətbiq edilsə də, kirpiklərə, qaşlara, saqqal tüklərinə, sinə tüklərinə, qasıq tüklərinə tətbiq edilə bilər.
Vətən Yolunda
Vətən yolunda - 1941-ci ilin oktyabr ayında Təbrizə nəşrə başlamış ordu qəzeti. 2-ci dünya müharibəsi illərində Təbrizdə birinci olaraq, Azərbaycan dilində ərəb əlifbası ilə nəşr olunmuş Qızıl Ordu qəzeti idi. İlk nömrəsi 1941-ci il oktyabr ayının 11-də günaşırı olaraq nəşr olunmağa başlamışdır. Qəzetin çap olunmasının birinci mərhələsi 1942-ci il aprelin 13-ə qədər davam etmiş və bu müddətdə 89 nömrəsi çıxarılmışdır. "Vətən yolunda" qəzetinin nəşr olunduğu birinci mərhələ ilə eyni zamanda İranın başqa şəhərlərində Qızıl Ordu qəzetləri nəşr olunurdu. Məsələn, Urmiyada Azərbaycan dilində "Qızıl əsgər" (redaktor Zülfəli İbrahimov), Rəştdə fars dilində "Sərbaz-e sorx" (redaktor Xasay Vəzirov) qəzetləri çap olunurdu. İkiillik fasilədən sonra 1944-cü il aprel ayının 10-dan qəzetin ikinci mərhələsinin nəşri başlanmışdır. Bu mərhələ 1946-cı ilin mayın 1-ə qədər davam etmiş və həmin müddət ərzində (1941-1946) qəzetin 406 nömrəsi nəşr olunmuşdur. Qəzetin səhifələrində Məhəmməd Biriya, Mir Mehdi Etimad, Əli Fitrət, Aşıq Hüseyn Cavan, Balaş Azəroğlu, Əli Tudə, Yəhya Şeyda, Məhəmmədbağır Niknam, Məhəmmədəli Fəxrəddini (Məhzun), Hökumə Billuri, Əli Nişani, Həbib Sahir, Qulu xan Borçalı, Tağı Milani, Məhəmmədəli Hilal Naseri, Mədinə Gülgün və bir çox başqalarının şerləri, Məhəmmədlu Əbbasi, Ə.Sefvət, Abdulla Fərivər, Səməd Səbahi, Mirrəhim Vilayi, Məhəmmədəli Fərzanə (Qövsi) və bir çox başqalarının məqalələri çap olunurdu. Öz ədəbi dilini öyrənən İran azərbaycanlıları üçün "Vətən yolunda" qəzetinin xüsusən böyük əhəmiyyəti vardır.
Alek Con Saç
Alek Con Saç (ing. Alec John Such; 14 noyabr 1951, Yonkers[d], Nyu-York ştatı – 5 iyun 2022) — Bon Jovi qrupunun 1983–1994 illəri arasındakı bas gitaristidir. Alek Con Saç, 1994-cü ildə qrupdan öz istəyi ilə ayrılmış və o tarixdən etibarən Bon Jovi üzvləri, qrupa "rəsmi" bir bas gitarist dəvət etmədilər. Con Bon Covi, veridiyi bir reportajda "Alek hər zaman Bon Jovi qrupunun bir üzvüdür. Nə zaman istəsə geri gəlmə hüququna malikdir, buna görə onun yerini ayrı tutmaq üçün rəsmi bir üzvü qrupumuza daxil etmədik" demişdir. Albom və konsert hazırlığında Bon Jovi, bas gitarist olaraq Hugh McDonald ilə işləmişdir. Ancaq "rəsmi" bir üzv kimi heç vaxt qəbul edilməmişdir. Bu səbəbdəndir ki, foto çəkilişləri və kliplərdə Hugh McDonald'ın üzünə demək olar ki, heç rastlanılmır. Alek Con Saç eyni zamanda fəal olaraq Nyu-Yorkda bir motosiklet mağazası işlədir.
Azərbaycan mübarizə yolunda
Azərbaycan mübarizə yolunda (fr. L'Azerbaïdjan en lutte pour l'indépendance) — Məhəmməd Əmin Rəsulzadənin 1930-cu ildə Parisdə fransız dilində çap edilmiş 13 bölmədən ibarət əsəri. Əsərdə Azərbaycan haqqında ümumi məlumat, ictimai-siyasi, iqtisadi vəziyyət, Cümhuriyyətə gedən yol, rus işğalı, mühacirətdə istiqlal mübarizəsi kimi mövzulardan bəhs edilir. Məhəmməd Əmin Rəsulzadənin yazdığı “Azərbaycan mübarizə yolunda” kitabı 1930-cu ildə Parisdə fransız dilində çap edilib. 2019-cu ildə kitab ilk dəfə Azərbaycan dilində nəşr olunub. Kitabın tərcüməçisi Tural Mehbaliyevdir. Əsər 13 bölmədən ibarətdir. Kitab Avropa oxucusu üçün nəzərdə tutulduğuna görə, Rəsulzadə Azərbaycan ədəbiyyatından, fəlsəfəsindən bəhs edərkən Füzuli ilə Şekspiri, Axundzadə ilə Molyerin adlarını müqayisəli şəkildə çəkir, Mirzə Şəfinin alman filosof və şairi Bodenştedtin müəllimi olduğunu vurğulayır. Azərbaycan teatrında isə qərb müəlliflərinin əsərlərinin oynanıldığını yazır: 1930-cu illərin əvvəllərində Azərbaycanda ruslara qarşı böyük kəndli hərəkatı başlamışdı. Rəsulzadənin əsərinin əsas qayəsi də bu hadisə ilə bağlıdır.
Vətən Yolunda (qəzet)
Vətən yolunda - 1941-ci ilin oktyabr ayında Təbrizə nəşrə başlamış ordu qəzeti. 2-ci dünya müharibəsi illərində Təbrizdə birinci olaraq, Azərbaycan dilində ərəb əlifbası ilə nəşr olunmuş Qızıl Ordu qəzeti idi. İlk nömrəsi 1941-ci il oktyabr ayının 11-də günaşırı olaraq nəşr olunmağa başlamışdır. Qəzetin çap olunmasının birinci mərhələsi 1942-ci il aprelin 13-ə qədər davam etmiş və bu müddətdə 89 nömrəsi çıxarılmışdır. "Vətən yolunda" qəzetinin nəşr olunduğu birinci mərhələ ilə eyni zamanda İranın başqa şəhərlərində Qızıl Ordu qəzetləri nəşr olunurdu. Məsələn, Urmiyada Azərbaycan dilində "Qızıl əsgər" (redaktor Zülfəli İbrahimov), Rəştdə fars dilində "Sərbaz-e sorx" (redaktor Xasay Vəzirov) qəzetləri çap olunurdu. İkiillik fasilədən sonra 1944-cü il aprel ayının 10-dan qəzetin ikinci mərhələsinin nəşri başlanmışdır. Bu mərhələ 1946-cı ilin mayın 1-ə qədər davam etmiş və həmin müddət ərzində (1941-1946) qəzetin 406 nömrəsi nəşr olunmuşdur. Qəzetin səhifələrində Məhəmməd Biriya, Mir Mehdi Etimad, Əli Fitrət, Aşıq Hüseyn Cavan, Balaş Azəroğlu, Əli Tudə, Yəhya Şeyda, Məhəmmədbağır Niknam, Məhəmmədəli Fəxrəddini (Məhzun), Hökumə Billuri, Əli Nişani, Həbib Sahir, Qulu xan Borçalı, Tağı Milani, Məhəmmədəli Hilal Naseri, Mədinə Gülgün və bir çox başqalarının şerləri, Məhəmmədlu Əbbasi, Ə.Sefvət, Abdulla Fərivər, Səməd Səbahi, Mirrəhim Vilayi, Məhəmmədəli Fərzanə (Qövsi) və bir çox başqalarının məqalələri çap olunurdu. Öz ədəbi dilini öyrənən İran azərbaycanlıları üçün "Vətən yolunda" qəzetinin xüsusən böyük əhəmiyyəti vardır.
Xankəndi-Laçın yolunda aksiyalar
Xankəndi–Laçın yolunda aksiyalar — 2022-ci il dekabrın 12-də səhər saatlarından etibarən, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyaları. 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi, lakin sülhməramlıların hərəkətsizliyi səbəbindən monitorinq baş tutmadı. Hadisələr etirazlara və uzunmüddətli aksiyalara səbəb oldu. Bir qrup azərbaycanlı QHT nümayəndələri, azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz məqsədi ilə Xankəndi-Şuşa-Laçın yolunu bağlayaraq etiraz aksiyası keçirməyə başladı. Həmin zaman sülhməramlıların hərbçisi əlindəki avtomat silahın qundağı "Report" İnformasiya Agentliyinə məxsus avtomobilə avtomatın qundağı ilə zərbə yedirib. Aksiya iştirakçıları sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini, ekoloqların Azərbaycan ərazilərində monitorinq aparmasına şərait yaradılmasını tələb etdilər və problem həll olunana qədər burada qalacaqlarını bildirdilər. Bundan sonra ərazidə xidmət aparan Rusiya sülhməramlıları etiraz aksiyasının keçirildiyi əraziyə əlavə hərbi texnika cəlb etdi. Əlavə hərbi texnikanın cəlb edilməsinə cavab olaraq etirazçılar tərəfindən Azərbaycan himni səsləndirildi və ekoloji fəallar təbii sərvətlərin talan edilməsinə son qoyulması tələblərini bildirən şüarlar söyləməyə başladılar. Etirazçılar Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxılmayınca aksiyanı davam etdirmək fikrində olduqlarını bildirirlər. FHN aksiya iştirakçıları üçün çadırlar aparır.
Xankəndi–Laçın yolunda aksiyalar

Bakı-Rostov yolunda partlayış
Bakı-Rostov avtomobil yolunda partlayış 1999-cu il oktyabrın 29-da Çeçenistanın Şaami-Yurt kəndi yaxınlığında baş vermiş hadisədir. Alçaqdan uçan iki Rusiya təyyarəsi İnquşetiyaya"təhlükəsiz çıxış" marşrutu ilə daxil olmağa çalışan böyük qaçqın karvanına dəfələrlə raket zərbələri endirib. Hücumda çoxlu insan ölüb və ya yaralanıb. Hadisə Çeçenistan və İnquşetiya arasında bir həftəlik bağlanan sərhədin yenidən açılacağı rəsmi elan edildikdən sonra baş verib. Lakin təhlükəsiz istiqamətə gedən 1000-dən çox avtomobil karvanının sərhədi keçməsinə icazə verilməyib və naməlum yüksək rütbəli rus hərbi zabiti (ərazi general Vladimir Şamanovun cavabdehliyi altında idi) tərəfindən geri qayıtmaq əmri verilib və daha sonra yolda onlara hücum edilib. Mühasirəyə alınan konvoy Çeçenistanın paytaxtı Qroznıya qayıdıb. Amnesty İnternational hesabatına görə, "Rusiyanın hücumları zamanı ərazidə heç bir qanuni hərbi hədəf yox idi. Bu hadisənin şahidlərinin verdiyi ifadələr, Rusiya qüvvələrinin beynəlxalq humanitar hüququ pozaraq qəsdən mülki əhalini və mülki obyektləri hədəf aldığını göstərir." Qurbanlar arasında Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının yerli işçiləri, öldürülən iki çeçen jurnalist (o cümlədən Ramzan Mejidov) və çoxlu sayda qadın və uşaqlar var idi, onlardan bəzilərinin maşınlarında sıxışaraq diri-diri yandırıldığı bildirilir. Rusiya hakimiyyət orqanları əvvəlcə rəsmi olaraq məsuliyyəti öz üzərinə götürmədi və sonrakı hərbi araşdırmalar heç bir məna kəsb etmədi.
Bakı-Sumqayıt yolunda qəza (2017)
Bakı-Sumqayıt yolunda qəza — 2017-ci il martın 9-da səhər saatlarında Bakı — Sumqayıt yolunda baş verən ağır qəza. Qəza nəticəsində Sumqayıt Dövlət Universitetinin 16 tələbəsi yaralanmış, 6 tələbəsi isə dünyasını dəyişmişdir. == Qəzanın təfərrüatları == === Qəza zamanı həlak olanlar === İbrahim Vüqar oğlu Quliyev (d. 1996) İbrahim Xəqani oğlu Nəsibov (d. 1996) Rəşad Füzuli oğlu Canıyev (d. 1997) Roza Eynulla qızı Muradova (d. 1997) Çinarə Azər qızı Quliyeva (d. 1996) Lalə Nəsirzadə (d. 1999) === Qəza zamanı yarananlar === Orxan Xəqani oğlu Babayev Mina Mirzəyeva Nicat Faiq oğlu Qocayev Aytən Əliyulla qızı Cəfərova Oqtay Etibar oğlu Əsgərli Xavər Məlik qızı Fərzəliyeva Samir Məhəd oğlu Tağıyev Əfsər Əli oğlu Cəbiyev Bəybala Vüqar oğlu Manafov Təranə Şair qızı Kərimova İlahə Cəmil qızı Musayev == Rəsmi məlumat == Qəza ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən 9 mart 2017-ci il tarixində verilən rəsmi məlumatda belə deyilir: Martın 9-da saat 08 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış həmyerlisi Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 5 nəfər ölüb, müxtəlif dərəcəli bədən xəsarətləri alan 18 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına, 3 nəfər isə Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
Böyük ipək yolunda (film, 1986)
Böyük İpək Yolunda qısametrajlı sənədli filmi rejissor Nicat Bəkirzadə tərəfindən 1986-cı ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film YUNESKO xətti ilə keçirilən "İpək Yolunun Kompleks Şəkildə Öyrənilməsi" adlı beynəlxalq proqramla əlaqədar qədim karvan yolları ilə tanış olmaq üçün Azərbaycana gəlmiş xarici qonaqların səfərindən bəhs edir. == Məzmun == Elmi-kütləvi film YUNESKO xətti ilə keçirilən "İpək Yolunun Kompleks Şəkildə Öyrənilməsi" adlı beynəlxalq proqramla əlaqədar qədim karvan yolları ilə tanış olmaq üçün Azərbaycana gəlmiş xarici qonaqların səfərindən bəhs edir. Filmdə Böyük İpək Yolu ilə bağlı tarixi materillardan, Azərbaycanda qazıntı zamanı aşkara çıxarılmış arxeoloji nümunələrdən, Azərbaycan ipəyinin tarixindən, şərqin və qərbin qədim dövrlərdəki sıx əlaqələrindən, habelə Böyük İpək Yolunun bəşər mədəniyyəti tarixində oynadığı roldan söhbət açılır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Məsihin Qolqofa yolunda çöküşü (Rafael)
Məsihin Qolqofa yolunda çöküşü (it. Spasimo di Sicilia) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1516–1517-ci illərdə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. Məsihin Qolqofa yolunda çöküşü əsəri hal-hazırda İspaniyada Madrid şəhərində [[]Prado muzeyində] saxlanılır.
Zar yolunda osetin qaçqınların güllələnməsi
Zar yolunda osetin qaçqınların güllələnməsi (gürc. ოსი ლტოლვილების ჩაცხრილვა ძარის გზაზე; rus. Расстрел осетинских беженцев на Зарской дороге) — Gürcüstanın Cənubi Osetiya bölgəsində, mərkəz Tsxinvali şəhərinin yaxınlığında yerləşən Zar kəndinin inzibati ərazisində gürcü hərbiçilər tərəfindən döyüş bölgəsindən çıxarılan etnik osetin qaçqınlara qarşı həyata keçirilmiş kütləvi silahlı hücum. Silahlı hücum qaçqınların daşındığı yük maşını və avtomobillərdən ibarət avtomobil karvanını hərəkət vəziyyətində olduğu zaman gülləbaran ediləməsi ilə gerçəkləşdirilmişdir. Tarix ədəbiyyatlarına Zar qətliamı və ya Zar yolunda faciə kimi keçmiş hadisə nəticəsində çoxu uşaq, qadın və yaşlılar olmaqla 36 nəfər öldürülmüşdür. Hadisə 1992-ci ilin 20 may tarixində Cənubi Osetiya müharibəsindən qaçan etnik osetinlilərə məxsus avtomobil və yük maşını karvanlarının Zar kəndinin ərazisində keçən yolda atəşə tutulması ilə baş vermişdir. Zar kəndi tanınmamış Cənubi Osetiya Respublikasının paytaxtı Tsxinvali şəhərinin yaxınlığında yerləşməkdədir. Hadisənin baş verdiyi gün Zar kəndi gürcü qüvvəllərinin təmas xəttinə yaxın bölgədə yerləşirdi və qonşuluqda yerləşən Kekhvi və Kurt kəndləri gürcü döyüşlərin nəzarəti altında idi. Hadisə şahidlərinin ifadələrinə görə ilk atəş, heç bir dayan xəbərdarlığı olmadan avtomobil karvanının hərəkətdə olduğu zaman açılmışdı. Ölümcül yarası olan 11 yaşlı oğlannın cəsədi, hadisə yerindən 50 metr kənarda aşakarlanması osetin qaçqınlarınını gülləbarandan qaçmağa çalışdığını, ancaq gürcü silahlılar tərəfindən təqib edildiyini göstərmişdir.
Şuşa–Xankəndi yolunda etiraz aksiyası
Xankəndi–Laçın yolunda aksiyalar — 2022-ci il dekabrın 12-də səhər saatlarından etibarən, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyaları. 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi, lakin sülhməramlıların hərəkətsizliyi səbəbindən monitorinq baş tutmadı. Hadisələr etirazlara və uzunmüddətli aksiyalara səbəb oldu. Bir qrup azərbaycanlı QHT nümayəndələri, azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz məqsədi ilə Xankəndi-Şuşa-Laçın yolunu bağlayaraq etiraz aksiyası keçirməyə başladı. Həmin zaman sülhməramlıların hərbçisi əlindəki avtomat silahın qundağı "Report" İnformasiya Agentliyinə məxsus avtomobilə avtomatın qundağı ilə zərbə yedirib. Aksiya iştirakçıları sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini, ekoloqların Azərbaycan ərazilərində monitorinq aparmasına şərait yaradılmasını tələb etdilər və problem həll olunana qədər burada qalacaqlarını bildirdilər. Bundan sonra ərazidə xidmət aparan Rusiya sülhməramlıları etiraz aksiyasının keçirildiyi əraziyə əlavə hərbi texnika cəlb etdi. Əlavə hərbi texnikanın cəlb edilməsinə cavab olaraq etirazçılar tərəfindən Azərbaycan himni səsləndirildi və ekoloji fəallar təbii sərvətlərin talan edilməsinə son qoyulması tələblərini bildirən şüarlar söyləməyə başladılar. Etirazçılar Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxılmayınca aksiyanı davam etdirmək fikrində olduqlarını bildirirlər. FHN aksiya iştirakçıları üçün çadırlar aparır.

Digər lüğətlərdə